AZ   |   RU
“İlham Əliyev və Paşinyanla sülh sazişi imzalamaq mənim üçün şərəfdir” - Donald Tramp

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla sülh sazişi imzalamaq mənim üçün şərəfdir”.


Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” media hesabında yazıb.


“Mənim üçün böyük şərəfdir ki, Azərbaycanın Prezidenti İlham Əliyevlə, Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə onilliklərlə davam edən müharibə və ölümdən sonra sülh imzaladıq. Onlar iki möhtəşəm insan və böyük liderdirlər. İndi isə mənim yaxşı dostlarım oldular!”, - deyə siyasətçi vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:28