AZ   |   RU
Paşinyan Makrona Vaşinqtondakı danışıqların nəticələri barədə məlumat verib

Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.


Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb. 


Bildirilib ki, Baş nazir avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən danışıqların nəticələri barədə Fransa Prezidentini məlumatlandırıb.


Həmçinin, həmsöhbətlər ikitərəfli və beynəlxalq gündəmlər üzrə fəal siyasi dialoqun davam etdirilməsinə qarşılıqlı şəkildə hazır olduqlarını bildiriblər. 


Bundan başqa, Baş nazir Paşinyan davamlı dəstəyə görə Prezident Makrona təşəkkür edib. 



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 16:00