AZ   |   RU
“Azərbaycanın Ukraynaya humanitar yardım göstərməsi normal haldır” - Rusiyalı deputat

“Əgər Azərbaycanın Ukraynaya hərbi deyil, humanitar yardım göstərməsindən danışırıqsa, bu, tamamilə normal addımdır”.


Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə sədr müavini Svetlana Jurova deyir. 


Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya humanitar yardım üçün iki milyon dollar ayırıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 15:57