AZ   |   RU
Rusiyalı deputat Azərbaycandan mal idxalına qadağa qoyulmasını təklif edib

“Azərbaycan rəhbərliyinin qeyri-dost davranışına görə Rusiya Azərbaycandan malların tədarükünə qadağa qoya bilər”.


Missiya.Az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev özünün “Teleqram” kanalında yazıb.


O bildirib ki, idxala müvafiq qadağa tətbiq olunarsa, Rusiya rəflərində heç nə dəyişməyəcək, Azərbaycanda isə çox dəyişəcək.


Qurulev həmçinin əlavə edib ki, Azərbaycan kimi böyük qonşu ilə münasibətləri korlamaq düzgün deyil və lazım gələrsə, Rusiyada fəaliyyət göstərən azərbaycanlı sahibkarlara qarşı da tədbirlər görülə bilər.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 16:07