12 saylı cəzaçəkmə müəssisəsində məhbus həyatı yaşayan tanınmış telejurnalist Sənan Həsənoğlu Missiya.Az-a məktub göndərib.
Məktubunda o, Prezident İlham Əliyevin Vaşinqton səfəri və orada imzalanmış üçtərəfli memorandumdan bəhs edib.
S.Həsənoğlu qeyd edib ki, cənab Prezidentin ABŞ-yə səfərini həyəcanla izləyib və orada Ermənistanla Azərbaycan arasında yekun sülh sənədinin imzalanması istiqamətində atılmış tarixi addımı - bəyannamənin imzalanmasını böyük sevinc hissi ilə qarşılayıb:
"Bir daha cənab prezidentlə qürur duydum. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı zəfər məndə hansı hisslər yaratmışdısa, Vaşinqtonda əldə olunmuş uğur da eyni duyğuları yaratdı. Möhtərəm prezidentimiz, zəfərimizin müəllifi olduğu kimi, sülh gündəliyinin də müəllifi oldu. İmzalanmış sənəddə Azərbaycanın bütün tələbləri üzrə müvafiq müddəaların yer alması Prezidentimizin prinsipiallığının və qətiyyətinin təcəssümüdür. Dövlətimizin başçısı dəfələrlə bildirmişdi ki, Zəngəzur dəhlizi açılacaq və budur biz artıq bunun reallaşmasına şahidlik edirik. Hər şeyə görə cənab Prezidentə təşəkkür edirəm. Bizə, Azərbaycan vətəndaşlarına qürur yaşatmaqda davam edən Dövlətimizin başçısı ilə fəxr edirik", -deyə məktubda vurğulanır.
Qeyd edək ki, Sənan Həsənoğlu uzun illər "Space", "Azad Azərbaycan" və "AzTV"-nin Qarabağ bürosu üzrə müxbiri kimi fəaliyyət göstərib.
Elcan
Missiya.Az