AZ   |   RU
"Azərbaycan dövlət başçısının Ağ Evdə yüksək ehtiramla qarşılanması doğru siyasətin təzahürüdür"- AÇIQLAMA


"Vaşinqtonda imzalanan 3 tərəfli bəyannamə təkcə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün zəmin yaranması ilə məhdudlaşmır. Bu, eyni zamanda bölgədə sabitliyin və iqtisadi inkişafın təmin olunması ilə bağlı kifayət qədər önəmli addımdır".


Bu barədə Missiya.Az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu danışıb.


Onun sözlərinə görə, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycana qarşı kifayət qədər ciddi təhdidlər var idi. İstər Fransa, İran, istərsə də Bayden Amerikası və digərlər 3-cü tərəflər öz geosiyasi maraqlarını təmin etmək üçün sülh prosesini əngəlləməyə çalışırdılar.


"Lakin bu təzyiqlər nəticə verməyərək bumeranq effekti yaratdı. Dövlət başçısının prinsipiallığı, uğurlu diplomatik fəaliyyəti Vaşinqtonda da özünü biruzə verdi".


Əli Zülfüqaroğlunun sözlərinə görə, ABŞ və Azərbaycan arasında əməkdaşlığın dərinləşməsi strateji tərəfdaşlıq, müdafiə və təhlükəsizlik sahəsi daxil olmaqla, münasibətlərin inkişafı üçün prespektivlər yaradır:


"Əlbəttə dünyanın ən güclü ölkəsi ilə Azərbaycan arasında münasibətlərin inkişafı bölgə üçün də önəm daşıyır. Hesab edirəm ki, bu gün Tramp adminstrasiyası yeni dünya düzəninin qurulmasında həlledici rol oynayır. Bu baxımdan da bir sıra böyük dövlətlər belə Trampla əlaqələr yaratmaqla öz maraqlarını təmin etməyə çalışırlar. Bir sıra hallarda buna nail ola bilmirlər. Bu da yürüdülən yanlış siyasətdən qaynaqlanır”.


Siyasi şərhçi bildirib ki, Azərbaycan dövlət başçısının Ağ Evdə yüksək ehtiramla qarşılanması və ona olan xüsusi hörmət doğru siyasətin təzahürüdür:


 “Bundan sonra da Azərbaycan sülh sazişinin imzalanması istiqamətində xüsusi səy göstərəcək",- Ə.Zülfüqaroğlu əlavə edib.



İlahə Qənbərli

Missiya.Az




  • Bu gün, 13:01