AZ   |   RU
Tehran Ermənistanla Zəngəzur razılaşmasını müzakirə edəcək - İran XİN

“Bu gün və sabah Zəngəzur razılaşması ilə bağlı İran və Ermənistan rəsmiləri arasında yüksək səviyyəli məsləhətləşmələr keçiriləcək”.


Missiya.Az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.


Onun sözlərinə görə, Tehran Cənubi Qafqaz bölgəsində qonşu dövlətlərlə sıx əlaqələr saxlayır və həm Azərbaycan, həm də Ermənistanla münasibətləri mehriban qonşuluq və qarşılıqlı fayda prinsiplərinə əsaslanır. 


Bəqai bildirib ki, sülh müqaviləsinin imzalanması məsələsi yeni deyil və İran əvvəllər də tərəfləri bu istiqamətdə təşviq edib. 


Sazişin bağlanmasının regionda sülh və sabitlik üçün dönüş nöqtəsi ola biləcəyini deyən Bəqai, İrəvanla keçiriləcək görüşlərdə vəziyyət barədə daha ətraflı məlumat alacaqlarını və lazım gələrsə, öz mövqelərini və narahatlıqlarını bölüşəcəklərini qeyd edib.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:23