AZ   |   RU
Ərdoğan Nazirlər Kabinetinin toplantısında Azərbaycan və Ermənistan arasındakı razılaşmaları müzakirə edəcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, “Terrordan Azad Türkiyə” prosesində son hadisələrin müzakirə ediləcəyi gözlənilir.


Bildirilib ki, Nazirlər Kabinetinin gündəmində Suriyadakı gərginlik də olacaq.


Qeyd olunub ki, bundan əlavə iclasda Azərbaycan və Ermənistan arasında ABŞ-də əldə olunmuş razılaşmalar da müzakirə olunacaq.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:29