AZ   |   RU
Avstraliya sentyabrda Fələstin dövlətini tanımağı planlaşdırır

Avstraliya sentyabrda Fələstin dövlətini tanımağı planlaşdırır. 

Missiya.Az "BBC"yə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Antoni Albaneze bildirib.

Onun sözlərinə görə, Avstraliya Fələstin Administrasiyasından demilitarizasiya, ümumi seçkilər keçirmək və İsrailin mövcudluq hüququnu tanımağa davam etmək kimi öhdəliklər alıb:

"İki dövlətli həll Yaxın Şərqdə zorakılıq dövrəsini qırmaq, Qəzzada münaqişəyə, iztirablara və aclığa son qoymaq üçün bəşəriyyətin ən yaxşı ümididir",-deyə o qeyd edib.


Nurlana Əhmədova
Missiya.Az



  • Dünən, 09:28