AZ   |   RU
Hazırlıqlar başlandı: Putinlə Tramp görüşəcək

Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın yaxın günlərdə görüşünün keçirilməsi barədə razılıq əldə olunub. 

Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib. 

“Amerika tərəfinin təklifi ilə yaxın günlərdə ən yüksək səviyyədə ikitərəfli görüşün, yəni prezident Vladimir Putinlə Donald Tramp arasında görüşün keçirilməsinə dair prinsipial razılıq əldə edilib”, - Uşakov bildirib.

Onun sözlərinə görə, indi biz amerikalı həmkarlarımızla birlikdə bu görüşün konkret parametrlərini və onun keçiriləcəyi yeri hazırlamağa başlayırıq.

“Yeri gəlmişkən, qeyd etmək istərdim ki, məkan da prinsipcə razılaşdırılıb və biz bu barədə bir az sonra məlumat verəcəyik”, - Kreml nümayəndəsi əlavə edib.


Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 12:43