AZ   |   RU
Tramp və Putin bu ölkədə görüşə bilər



Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında görüş Vatikanda baş tuta bilər.


Missiya.Az “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Köhnə Möminlər Ittifaqının rəhbəri Leonid Sevastyanov məlumat verib.


"Mənə məlumat verildi ki, Vatikan liderlərin görüşü üçün uyğun məkandır. Dövlət katibi Parolin tərəfindən təsdiqlənmiş Papa Leonun dəvəti hələ də qüvvədədir", - deyə o vurğulayıb.




Daşqın Həsənov

Missiya.Az





  • Bu gün, 11:20