
Elektron ticarət sənayesi bütün dünyada davamlı olaraq inkişaf edir. Hər keçən gün yeni e-ticarət bazarları yaranır, qurulmuş bazarlar isə yeni mərhələlərə çatır.
Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Alibaba qrupunun e-ticarət törəmə şirkətləri Taobao, Alibaba.com və Tmall tərəfindən idarə olunan dünyanın ən böyük e-ticarət bazarıdır və göstəricilərinə görə ilk sıralardadır. Pinduoduo (Temu-nun sahibi) və Shein kimi digər milyardlarla dollarlıq gəlir markaları ilə Çin də ən sürətlə böyüyən e-ticarət bazarlarından biri hesab olunur. Bu platformlar illik artım tempinə (CAGR 2025-2029) 7,62 faiz malikdir. Müvafiq olaraq illik gəlir 1,47 trilyon dollar qeyd edilir.
Onlayn satış dünyasına uzun müddət hökmranlıq edən ABŞ hazırda ikinci ən böyük e-ticarət bazarıdır. E-ticarət nəhəngləri Amazon, Walmart, Apple və eBay tərəfindən idarə olunan ABŞ bütün sektorlarda sağlam e-ticarət artımını müşahidə edir və əksər hallarda e-ticarət tendensiyaları üçün innovasiya evi olmuşdur. İllik onlayn satış isə 1,22 trilyon dollardır.
Növbəti olaraq Yaponiyanın adambaşına onlayn xərcləri ilk iki ölkəninkindən xeyli aşağıdır. Bununla belə, 125 milyonluq böyük əhalisi onu üçüncü yerdə qərarlaşıb. Rakuten 15,43 milyard dollar gəlirlə Yaponiyanın aparıcı e-ticarət platformasıdır. Yodobaşı kimi digər yerli oyunçular da yüksək illik gəlir əldə edirlər. Burada illik onlayn satış 169 milyard dollar təşkil edir.
Son illərdə Böyük Britaniya e-ticarət satışlarının daha yavaş artım tempinə görə Yaponiyanı geridə qoyub. Bununla belə, kiçik ölçüsünə baxmayaraq, Britaniya böyük bir e-ticarət oyunçusudur və bu siyahıda dördüncü yeri rahatlıqla təmin edir. Amazon UK, eBay UK və Asos ölkənin aparıcı onlayn brendləri arasındadır. Ölkə e-ticarətdə ümumi pərakəndə satışların ən yüksək faizlərindən birinə sahibdir. Ölkənin iki dominant supermarket şəbəkəsi olan Sainsbury's və Tesco, hər ikisi onlayn satışlarda hər il 7 milyard dolları keçir. İllik onlayn satış isə 130 milyard dollar qərarlaşdırılıb.
Almaniyada öz növbəsində Avropanın ikinci ən böyük elektron ticarət bazarıdır. Amazon, eBay və yerli onlayn pərakəndə satış şirkətləri Otto və Zalando kimi bu bazarda əsas oyunçudur. İllik onlayn satış 98 milyard dollardır.
Cənubi Koreya reytinqdə aşağı düşsə də, lakin elektron ticarətə gəldikdə yenə də əsas oyunçudur. Ölkənin ən böyük e-ticarət adlarına Coupang, Naver, Gmarket, SSG və Himart daxildir. İllik onlayn satış 80 milyard dolları əhatələyir. Fransa, Kanada, İtaliya, Hindistanda isə bu sıralamada növbəti yerlərdə qərarlaşıb.
İlahə Qənbərli
Missiya.Az