AZ   |   RU
Trampın tətbiq etdiyi yeni tariflər ölkələri çətinlik qarşısında qoyur


ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni tariflərin qüvvəyə minməsi ilə indi onlarla ölkə ABŞ-yə ixracatlarına görə daha yüksək vergilərlə üzləşir.


Missiya.Az xəbər verir ki, bu barədə "The Guardian" qəzetində yazı dərc olunub. 


Nəşrin yazdığı məlumatda bildirilir ki, Ağ Evin müəyyənləşdirdiyi son rüsumlar genişmiqyaslı xarakter daşıyır. Eyni zamanda bir çox sahələri əhatələdiyi üçün etirazlara səbəb olur.


Ölkərə üzrə müəyyənləşdirilmiş tariflər bu şəkildədir:


Müharibədən əziyyət çəkən Suriya üçün 41%-dən, Böyük Britaniya üçün 10%-ə qədər dəyişir və bu faiz göstəriciləri ABŞ-yə idxal olunan məhsullara tətbiq edilən adi tariflərə əlavə olaraq tətbiq olunacaq.


Aİ yeganə ticarət tərəfdaşıdır ki, onun baza dərəcəsi ( çərçivə sazişindən sonra 15% səviyyəsində müəyyən edilir ) əvvəlki tarifləri əhatə edir. Bu o deməkdir ki, məsələn, idxal rüsumu 14,9% olan pendirlərə 29,9% yox, 15% vergi tutulacaq.


Həmçinin Tramp aprelin 2-si əlavə rüsum tətbiq edən sərəncam imzaladıqdan sonra Hindistanın 25%-lik tarif dərəcəsinin 50%-ə yüksələcəyini bildirib. 


Bəzi ticarət tərəfdaşları, Böyük Britaniya, Tayland, Kamboca, Vyetnam, İndoneziya, Filippin, Yaponiya, Cənubi Koreya, Pakistan və AB daxil olmaqla, danışıqlar və ya təəccüblü sövdələşmələr yolu ilə endirimləri təmin etməyə çalışırlar.


Digər ölkələr ötən həftəki elanda nəzərdə tutulmayan tariflər üzrə danışıqlar aparır. Kanada da son olaraq ümumi nisbət 35% ilə nəticələndi. Meksikada isə 90 günlük uzadılma verildikdən 25% nisbətində artım nəzərdə tutulub. 



İlahə Qənbərli
Missiya.Az




  • Bu gün, 09:54