AZ   |   RU
Pekində güclü yağışlar 30 nəfərin həyatına son qoyub

Çinin paytaxtı Pekində leysan yağışlar və daşqınlar 30 nəfərin həyatına son qoyub, 80 mindən çox sakin isə fəlakət zonasından təxliyə edilib. 


Missiya.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.


Qeyd olunub ki, ölənlərdən 28-i şəhərin şimal hissəsində yerləşən Miyun rayonunun sakinləridir. Leysan nəticəsində magistral yollara və elektrik xətlərinə ziyan dəyib. 


Xatırladaq ki, Pekində son bir neçə gündə yağıntının orta miqdarı təxminən 166 mm-dir. Şəhərin bəzi ərazilərində bu rəqəm 544 mm-ə çatır. 



Nurlana Əhmədova
Missiya.Az




  • Bu gün, 11:19