AZ   |   RU
MSK ölkə üzrə seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurur

Ölkə üzrə seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurulur.

Missiya.Az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sabah - mayın 26-da iclası keçiriləcək.

Qeyd edək ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən MSK-nın müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilməlidir.

Daha sonra isə MSK-nın müəyyən etdiyi qaydada seçici siyahıları MSK-nın (dairə seçki komissiyasının) müvafiq internet saytında yerləşdirilməlidir.



  • 25-05-2023, 15:57