AZ   |   RU
Abşeronda şəhid ailələri Novruz bayramı günlərində ziyarət edildilər - FOTOLAR


Xalqımızın müqəddəs bayramı olan Novruz bayramı günlərində şəhidlərimizin məzarları və şəhid ailələri ziyarət olunub. 

Missiya.Az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun  hüquq-mühafizə orqanlarının rəhbərləri  ilə birgə Vətən müharibəsi şəhidlərinin, o cümlədən 2022-ci ilin sentyabr ayında düşmənin növbəti hərbi təxribatlarının qarşısını alarkən qəhrəmanlıq göstərmiş şəhidlərimizin məzarlarını ziyarət, onların ruhuna dualar oxuyaraq, əziz xatirələri hörmətlə yad ediblər. 

Daha sonra şəhidlərimizin ailə üzvlərinə baş çəkmiş, şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıblar. 

Ziyarət və görüşlərdə Azərbaycanın döyüş meydanında qazandığı qələbədən sonra tarixi torpaqlarımızda həyata keçirilən quruculuq-abadlıq işlərindən danışılıb, Silahlı Qüvvələrimizin qarşıya qoyulmuş bütün vəzifələrə çatmaq gücündə olması qeyd olunub.

Bildirilib ki, artıq üçüncü dəfədir Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqımıza Novruz təbriklərini doğma Qarabağ diyarından səsləndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bayram təbrikində qeyd etmişdir ki, biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etmişik. “44 gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Qırx dörd gün ərzində Azərbaycan xalqı ordumuzun arxasında dayaq kimi, yumruq kimi birləşdi. Biz işğal edilmiş torpaqları qan tökərək azad etdik”.

Şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini, bu qayğını da həyatlarının hər bir anında hiss etdiklərini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını deyiblər. 









  • 21-03-2023, 11:12