AZ   |   RU
Ermənilərin yaratdığı situasiya Bakını sərt addımlara vadar edir - Vəziyyət hər an dəyişə bilər


Bakının ciddi əsası var ki, ki, Qarabağda ə hərbi xarakterli addımları da nəzərdən keçirsin.

Azərbaycan Prezidentinin  Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət etmişdi. Lakin qarşı tərəf bu görüşdən imtina etdi.

Aydındır ki, separatçılar əhalinin Bakı ilə təmaslarının əleyhinədir.  Martın 1-də keçirilmiş birinci görüşdən sonra  qeyd alınan təxribatçı cəhdlər də göstərdi ki, separatçılar əhalinin Bakı ilə təmaslara meyillənməsindən narahatdırlar. Həm onlar, həm də havadarları anlayırlar ki, Qarabağ erməniləri Rəsmi Bakının şərtlərini qəbul edib bölgədə Azərbaycan vətəndaşı kimi yaşadıqdan sonra Rusiya sülhməramlılarının da   burada qalmağına heç bir ehtiyac qalmayacaq.

Ancaq belə bir görüşün baş tutmaması əslində Azərbaycanın əlini gücləndirmiş olur. Çünki Azərbaycan erməni əhalisi ilə danışıqların aparılmasını istəyən Qərbə göstərəcək ki, danışıqları istəməyən biz yox, qarşı tərəfdir. Yaranmış vəziyyət Bakıya əsas verir ki, Qarabağda təxribatların, eləcə də qanunsuz silah daşımalarının qarşısını almaq  məqsədilə hərbi xarakterli addımları da nəzərdən keçirsin . Başqa sözlə, ermənilərin dialoqdan boyun qaçırması, eləcə də separatçıların pozucu fəaliyyəti  bölgədə antiterror əməliyyatlarının keçirilməsi ehtimalını artırır.

Ermənilər anlamalıdırlar ki, Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi, " ya bizim vətəndaşlığımızı qəbul edib bölgədə yaşayacaq, ya da buranı tərk etmək məcburiyyətində qalacaqlar". Başqa variant mümkün deyil. Ermənilərin başqa yolu yoxdur. Ya təmaslar və müzakirələr, ya da ermənilər üçün situasiyalar ən kritik şəkil ala bilər…

Xatırladaq ki, erməni əhalisi ilə ilk danışıqlar martın 1-də Xocalıda Rusiya sülhməramlıları kontingentinin qərargahında baş tutmuşdur.

Daşqın Həsənov
Missiya.Az



  • 15-03-2023, 12:57