AZ   |   RU
“Baykar” Ukraynaya “Bayraktar TB2” verdi, ödəniş almadı
Türkiyənin “Baykar” şirkəti Ukraynaya iki “Bayraktar TB2” PUA-sı verib.

Missiya.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, PUA-lar üçün şirkət ödəniş almayıb.

“Dövlətimizin ən çətin anlarında barışmaz və daimi dəstəyinə görə “Baykar”a sonsuz minnətdarıq”, - deyə qurumun açıqlamasında qeyd olunur.


  • 25-01-2023, 23:23