AZ   |   RU
"Qarabağ"ın yeni transferi sabiq klubu ilə vidalaşıb

“Qarabağ”ın yeni transferi Redon Cica əvvəlki klubu olan Albaniya "Tirana"sı ilə vidalaşıb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu bu barədə özünün instaqram səhifəsində paylaşım edib.

O, paytaxt təmsilçisinə, klub rəhbərliyinə, komanda yoldaşlarına və azarkeşlərə minnətdarlığını bildirib.

Qeyd edək ki, albaniyalı futbolçu "köhlən atlar"la 3,5 illik müqavilə imzalayacaq.


Baxış sayı: 83
  • 24-01-2023, 22:48