AZ   |   RU
XİN: Ermənistanın son təxribatında ölən erməni hərbçilərin axtarışı davam edir, 146 əsgərin qalıqları qaytarılıb

Beynəlxalq humanitar hüquqa möhkəm sadiqliyini nümayiş etdirən Azərbaycan sentyabrın 12-14-də delimitasiya olunmamış sərhəd boyunca Ermənistanın sonuncu hərbi təxribatı zamanı həlak olmuş erməni əsgərlərinin qalıqlarının axtarışını davam etdirir.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat yayıb.

“İndiyədək 146 əsgərin qalıqları Ermənistana qaytarılıb”, - o qeyd edib.

Baxış sayı: 65
  • 28-11-2022, 20:11