AZ   |   RU
Azərbaycan tezliklə Xəzər dənizindəki ən böyük sahələrdən birindən qaz istehsalına başladığını elan edəcək


Azərbaycan və Litva prezidentləri Vilnüsdə iki ölkə arasında əməkdaşlığın potensial sahələrində dair geniş müzakirə aparıblar.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu mayın 22-də Vilnüsdə Litva-Azərbaycan Biznes Forumunun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

“Hər iki ölkə eyni istiqamətdə hərəkət edir – alternativ enerjiyə investisiya yatırılır, hər iki ölkənin Baltik və Xəzər dənizlərində nəhəng külək enerjisi potensialı var və bu məsələ hər iki ölkənin gündəliyindədir. Baxmayaraq ki, biz enerji təhlükəsizliyinin təhlükəsiz tərəfindəyik, biz yenə də daha çox təbii qazı idxal üçün saxlamağa və bu məqsədlə öz təbiətimizi – külək və günəş enerjisini elektrik enerjisi istehsalında istifadə etməyə çalışırıq”, - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu əsasında Azərbaycan 2027-ci ilədək Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır: “2021-ci ildə Avropaya qaz tədarükü 8 milyard kubmetr idi, bu il bu göstərici 12 milyard kubmetr və 2027-ci ildə isə 20 milyard kubmetr olacaq. Düşünürəm ki, bu, minimumdur”.

Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan tezliklə Xəzər dənizindəki ən böyük sahələrdən birindən qaz istehsalına başladığını elan edəcək. Dövlət başçısı Azərbaycanın Avropa üçün etibarlı enerji tədarükçüsü olduğunu diqqətə çatdırıb.



  • 22-05-2023, 16:14