AZ   |   RU
Azərbaycan nümayəndə heyəti AK Partinin İzmir təşkilatını ziyarət edib


Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyəti hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Çanaqqala il başqanlığını (təşkilatını) ziyarət edib.

Missiya.Az Trend-ə istinadən xəbər verir ki, AK Partinin Çanaqqala il başqanı (təşkilat sədri) Naim Makas Azərbaycan nümayəndə heyətini qəbul edib.

Görüşdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, UFAZ Universitenin rektoru Vazeh Əsgərov, Milli Məclisin deputatları Aydın Hüseynov, Elnur Allahverdiyev və YAP Sabuçu rayon təşkilatının sədri Araz Xudadanov, qardaş Türkiyə tərəfdən isə Çanaqqala millət vəkili Julidə İskəndəroğlu, AK partiya Mərkəzi İlçə başqanı Aynur Tuna Yavaş və digər rəsmilər iştirak edib.

YAP ilə AK Parti arasındakı münasibətlərin hazırkı durumu və perspektivləri ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən Naim Makas vurğulayıb ki, Azərbaycan və Türkiyənin hakim partiyaları arasında sıx əlaqələr mövcuddur.

“14 may seçkiləri üçün şəhərimizə gələn və bizi yalnız buraxmayan Azərbyacan nümayəndə heyəti Türkiyədəki seçkilərin də onlar üçün nə qədər önəmli olduğunu bildirdilər. Türkiyə və Azərbaycan qardaşlığı fələcəkdə də yüksələn xətlə davam edəcək.

Azərbaycan nümayəndə heyətinin başçısı Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvləri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, Türkiyə baş verən hadisələri bütün dünya diqqətlə izləyir.

"Azərbaycan-Türkiyə qardaşlığı artıq çoxdan sübut olunub. Bu əsrlərdir davam edir. Bundan sonra da davam edəcək. Bu gün türk qardaşlarımızın yanında olmağı özümüzə borc bildik. İllərlə bizə türk olduğumuzu unutdurmağa çalışdılar, lakin buna nail ola bilmədilər.

Türkiyə hazırda dünya dövlətlərinin hesablaşdığı ölkədir. Lakin bir neçə il əvvəl belə deyildi. Türkiyənin hazırki gücü indiki hakimiyyətin uğurlu idarəerməsinin nəticəsidir. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan və digər türk dövlətləri də güclü olacaq. Belə ki, Azərbaycanın illər öncə torpaqlarını Ermənistan işğal etmişdi. Həmin vaxtı Türkiyə dövləti zəif idi. Lakin 2020-ci ildə biz torpaqlarımızı erməni işğalından azad etdi. Əsas səbələrdən biri Türkiyənin güclü olması idi. Düşünürəm ki, türk xalqı 14 may seçkilərində öz doğru seçimini edəcək və Türkiyənin daha da güclənməsinə səs verəcək", - deyə o, əlavə edib.



  • 9-05-2023, 18:28