AZ   |   RU
“Azərbaycanla imzalanmış saziş Avropanın enerji təhlükəsizliyini gücləndirəcək” - Rumıniya Prezidenti

“Prezident İlham Əliyevin 2022-ci il dekabrın 17-də Buxarestə səfəri zamanı imzalanmış Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə ciddi töhfə verəcək”.

Missiya.Az
“Report”a istinadən xəbər verir ki, bunu Rumıniya Prezidenti Klaus Yohannis Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

Onun sözlərinə görə, bu strateji tərəfdaşlıq həm də “REPowerEU” planına uyğundur və Avropa, onun tərəfdaşları üçün iqtisadi artıma, təhlükəsizliyə, dayanıqlığa və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək: “Hazırda Rumıniya Avropada əsas karbohidrogen resursların istehsalçısıdır və bu rolumuzu Qara dənizdə kəşf edilmiş təbii qaz ehtiyatları ilə gücləndirmək niyyətindəyik. Üstəlik, 2026-2027-ci illərdə əlavə əhəmiyyətli həcmlər əldə edəcəyik. Rumıniya Avropanın enerji təhlükəsizliyinə və dayanıqlılığına daha çox töhfə verəcək”.

  • 3-02-2023, 12:37