AZ   |   RU
Türkiyənin Kiprdəki maraqları və hüquqları 1571-ci ildən başlayır

Kipr türkləri adadatəhlükəsizlik qarantı olanTürkiyə ordusunun rolunu alqışlayırlar. 

Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar deyib. 

Tatar, "Kipr türklərinin təhlükəsizliyini ancaq türk hərbçilərinin adada olması ilə təmin etmək olar" deyib.

Kiprin yunan icmasının silahlanmaya ayırdığı xərcləri artırması, həmçinin ABŞ-ın Kipr yunanlarına silah tədarükünə tətbiq etdiyi embarqonu aradan qaldırması mövzusuna toxunan Tatar Lefkoşanın adanın cənubundakı prosesləri yaxından izlədiyini bildirib. 

“Kipr yunan icması uzun illərdir silahlanır. Bu addımlar sabitliyi pozmağa yönəlib. Yunanlar Türkiyənin hər zaman Şimali Kiprin yanında olacağını və silahlanma baxımından bütün lazımi addımları atacağının fərqindədirlər. Kipr yunan icmasının rəhbərliyi təkcə son üç ildə silahlara 500 milyon avro xərcləyib. Lakin Türkiyə Cümhuriyyətinə qarşı bütün cəhdlər boşa çıxır”, - deyə Tatar vurğulayıb. Eyni zamanda, Tatar Şimali Kipr Türk Respublikasının 2020-ci ildən bəri davam edən yeni kursunu yüksək qiymətləndirib. Tatar qeyd edib ki, federal dövlət əvəzinə bərabər beynəlxalq statusa malik iki suveren dövlətin birgə yaşaması prinsipi əsas götürülüb. Bundan əlavə, Şimali Kipr Türk Respublikasının prezidenti diqqəti prezident Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasının 77-ci sessiyasında Türkiyə liderinin Şimali Kipr Türk Cümhuriyyətinin rəsmi olaraq tanınmasına çağırdığı çıxışına yönəldib. Tatar Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına qoşulmasının vacibliyini də qeyd edib.

Teymur Aslanov
Missiya.Az


  • 7-12-2022, 16:32