AZ   |   RU
Azərbaycan ekstradisiya konvensiyasını münasibətlər normallaşana qədər Ermənistana tətbiq etməyəcək - FOTO

“Ekstradisiya haqqında” Avropa Konvensiyasının müddəları münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

Missiya.Az
xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasının gündəliyinə “Ekstradisiya haqqında” Avropa Konvensiyasının Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə qanun layihəsi daxil edilib.

Əlavə Protokol 1957-ci ildə qəbul edilmiş “Ekstradisiya haqqında” Avropa Konvensiyasının bir sıra müddəalarının müasirləşdirilməsi və onların tamamlanması məqsədinə xidmət edir.

4-cü məsələ olan “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsində xaricdə təqdim ediləcək məhkəmə və qeyri-məhkəmə sənədlərinin ünvanlanan şəxsin nəzərinə vaxtında çatdırılmasını təmin etmək üçün müvafiq vasitələrin yaradılmasını nəzərdə tutur.

Qeyd olunub ki, hər iki konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.


Baxış sayı: 62
  • 22-09-2022, 18:58