AZ   |   RU
İran İraqla müdafiə sahəsində əməkdaşlığı gücləndirmək istəyir

İran İraqla müdafiə sahəsində əməkdaşlığı gücləndirmək istəyir.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, briqada generalı Əziz Nəsirzadə İraq Müdafiə Universitetinin Ali Hərbi Təhsil Müəssisəsinin prezidenti general-leytenant Saad Mişer Möhsün Əl-Alaq ilə görüşündə deyib.

Onun sözlərinə görə, iki ölkənin yerləşdiyi region böyük əhəmiyyət kəsb edir, onların da böyük enerji ehtiyatları var ki, bu da dünyanın bəzi siyasətçilərini ölkələrin resurslarından istifadə etmək fikrinə vadar edib.

İraq tərəfi də öz növbəsində qeyd edib ki, terrorizmlə mübarizədə regionun bütün ölkələrinin birgə əməkdaşlığını gücləndirmək lazımdır.





  • 14-08-2022, 21:11