AZ   |   RU
Ancelina Coli və Conni Depp bu şəhərdə evlənir
 
Ancelina Coli və Conni Deppi sevincli hadisə gözləyir – cütlük  sentyabrda  toy edəcək. Mərasim Sankt-Peterburq nigah qeydiyyat idarələrindən birində baş tutacaq. 

Missiya.az xəbər verir ki, maraqlı hadisə haqda Gazeta.ru nəşri məlumat yayıb.

Sual oluna bilər ki, toy üçün niyə məhz soyuq şimal şəhəri seçilib. Cavab çox sadədir – cütlük əsl Conni və Ancelina deyil.  Yeni evlənənlər adlarını Hollivud aktyorlarının  adları ilə əvəzləmiş ruslardır. Aşiqlər sevgilərini  bütün dünyaya  çatdırmaq üçün münasibətlərini qeydiyyatdan keçirməzdən əvvəl adlarını dəyişdirmək qərarına gəliblər.

34 yaşlı Conni Depp əvvəllər İqor Rektor, 27 yaşlı gəlin Ancelina isə Yekaterina Kirpiçnikova adlanırdı. Lakin gənclər öz adlarını dəyişməklə kreativ addım atmağa  qərar veriblər.



“Biz həm yaradıcı, həm də kifayət qədər riskli insanlarıq, çünki media ilə maraqlanırıq. İndi məşhur olmaq üçün istedad kifayət etmir. Özünüzü  yaxşı təqdim etməisiniz, əks halda heç kim  sizin istedadınızdan xəbər tutmayacaq. Biz istəyirik ki, bizim toyumuz haqqında çox adam eşitsin”, – Conni Depp açıqlamasında qeyd edib.

Qeyd edək ki,  məşhur olmaq istəyən cütlüyün kino dünyasına aidiyyatı yoxdur. Conni rəssam və dizayner, Ancelina isə psixoloqdur. Gənclər fərdi inkişaf təlimində görüşüb. Daha sonra gənc kişi, əsl kişi kimi, diz çöküb və sevdiyinə evlənmə təklifi edib.  Aşiqlər adlarının  brend olduğunu bilirlər və düşünürlər ki, bu addımla həyatları dəyişə bilər.

İndi Ancelina və Conni sentyabrın 8-də baş tutacaq toy mərasiminə hazırlaşırlar. Və beləliklə həmin tarixdə Rusiyada Hollivud adları olan ilk cütlük peyda olacaq.

Gazeta.ru onu da qeyd edir ki, sevgililər artıq öz gələcək övladlarına da fərqli ad düşünüblər. Doğulacaq körpənin adı  Damir olacaq.

Missiya.Az
Leyla Səməndər


  • 30-08-2022, 18:10