AZ   |   RU
Azərbaycan Gorus-Qafan yolunda gömrük-keçid məntəqəsi qurub - Ermənistanın 3 kəndi blokada vəziyyətindədir

Azərbaycanın Gorus-Qafan yolunun bir hissəsində gömrük-keçid məntəqəsi qurması, Ermənistanın 3 kəndinin blokada vəziyyətinə düşməsi ilə nəticələnib. 

Missiya.Az
xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb. 

Bildirilir ki, yolun Vorotan (Bazarçay) və Nor-Arajadzor (Dovşanlı) kəndlərindən keçən hissəsində gömrük-keçid məntəqəsi qurulub. Nəticədə Vorotan, Şurnux və Bardzrəvan kəndləri blokadaya düşüb. Məlumata görə, həmin kəndlərdə ümumilikdə 700 nəfər sakin yaşayır. 

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında Azərbaycanın  Gorus-Qafan yolundan gömrük-keçid məntəqəsi qurmasından danışıb. O bildirib ki, Azərbaycan tərəfi bizə rəsmi şəkildə Gorus-Qafan yolunun Eyvazlı və Çayzəmi kəndlərindən keçən hissələrində sərhəd-keçid məntəqəsi quraşdırmağa başladıqları barədə məlumat verib. 


Elvin
Missiya.Az


  • 11-11-2021, 16:05