AZ   |   RU
Ermənistan mina xəritələrini bu səbəbdən Azərbaycana vermirmiş - Qriqoryan Ayvazyanı ifşa etdi

Ermənistanın Təhlüksizlik Şurasının sədri Armen Qriqoryan keçmiş xarici işlər naziri Ara Ayvazyanla bağlı ifşaedici faktlar açıqlayıb. 

Missiya.Az
xəbər verir ki, Armen Qriqoryan “Azadlıq” Radiosunun Ermənistan bürosuna müsahibəsində diversantların qaytarılmasına Ayvazyanın mane olduğunu deyib. 

Sitat: “Ayvazyan əsirlərin geri qaytarılması məsələsini əngəlləməyə çalışıb. Ümumiyyətlə, keçmiş xarici işlər naziri Paşinyan hakimiyyətinin bütün addımlarına mane olmaq istəyib. O guya Ermənistanda heç bir mina xəritəsinin olmadığını deyib. Yalan danışıb. Biz mina xəritəsini Azərbaycan tərəfinə verdik” – sitatın sonu. 

Qriqoryan Ayvazyana görə əsirlər və mina xəritəsi ilə bağlı məsələnin uzandığını deyib. Ayvazyan vəzifəsindən kənarlaşdırılandan sonra məsələ həllini tapıb. 

Təhlükəsizlik Şurasının sədri bildirib ki, gələcəkdə hərbi əsirlər müqabilində yerdə qalan mina xətirələrinin verilməsi ilə bağlı konstruktiv addımlar atmaq olar. 

Qeyd edək ki, mayın 27-də Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan, 31-də isə müavini Qaqik Xalaçyan istefa verib. Hər iki məmurun Nikol Paşinyanla fikir ayrılığı yaşadığı üçün istefa verdiyi bildirilir.

Elvin
Missiya.Az


  • 23-06-2021, 15:30