AZ   |   RU
210 nömrəli məktəbdə şəhid Rəfail İbrahimova həsr olunmuş tədbir keçirilib


Nizami rayonu 210 nömrəli  tam orta məktəbindən məzun olmuş  şəhid Rəfail Emin oğlu İbrahimovla bağlı tədbir keçirilib.

Missiya.Az
xəbər verir ki, tədbirə qatılanlar öncə məktəbdə şəhidimizin adını daşıyacaq sini otağının açılışını ediblər.

Tədbir daha sonra məktəbin akt zalında davam etdirilib. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilib  şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sözügedən tədbirdə Nizami rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Taleh Əliyev, şəhidin ailə üzvləri və məktəb kollektivi iştirak edib.

Məktəbin şagirdləri vətənpərvərliyi özündə əks etdirən müxtəlif ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Məktəbin direktoru Həqiqət Gülalıyeva, şəhidin müəllimi olmuş Ülviyyə Vəliyeva çıxış edərək Rəfail İbrahimovun vətənə sevgisindən, tərbiyyəli davranlşlarından və təhsilə marağından danışıblar.İcra hakimiyyətinin şöbə müdiiri, qazi Taleh Əliyev isə çıxışında Rəfail İbrahimovun döyüş yolundan söz açıb.

Sonda xatirə şəkilləri  çəkdirilib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 31-05-2023, 16:06