AZ   |   RU
Qazaxıstan əcnəbilərə daxili pasportla ölkədə yaşamağa qadağa qoyub

Qazaxıstanda əcnəbilərin ölkədə daimi yaşaması üçün icazənin alınması qaydaları dəyişdirilib. 

Missiya.Az
xəbər verir ki, bu barədə “Polisia.kz” məlumat yayıb. 

Məlumata görə, indi bütün ziyarətçilərin xarici pasportu olmalıdır.

Bildirilir ki, yeni qaydalara əsasən, Qazaxıstanın miqrasiya müqaviləsi olan ölkələrin vətəndaşları daxili sənədlər əsasında ölkədə müvəqqəti qala bilərlər, lakin daimi yaşamaq üçün əcnəbilərin xarici pasportu olmalıdır.

Xatırladaq ki, bundan əvvəl Qazaxıstan hökuməti əcnəbilərin respublikaya giriş və qalma qaydalarını dəyişib.


Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 8-02-2023, 18:06