AZ   |   RU
İsrail hərbçiləri Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım edəcək


İsrail müdafiə ordusu (ÇAXAL) Türkiyədəki zəlzələdən zərərçəkmişlərə yardım üçün hərbçilər göndərir.

Missiya.Az
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İDF) sözçüsü Aviçay Adre “Twitter“də bildirib.

“İsrail Silahlı Qüvvələrinin (ÇAXAL) əsgərləri Türkiyədə baş vermiş zəlzələdə zərərçəkmişlərin xilas edilməsinə yardım üçün yola düşməyə hazırlaşır.

İsrail Baş naziri və müdafiə naziri yardım missiyasını təsdiq etdikdən sonra hazırlıq prosesləri başlanıb”, – Adre qeyd edib.

Zərintac MAYİSQIZI
Missiya.Az


Baxış sayı: 275
  • 6-02-2023, 15:23