AZ   |   RU
“81 vilayətdən kifayət qədər sayda komandamız fəlakət bölgələrində vəzifə yerinə yetirir” – Türkiyə səhiyyə naziri

"81 əyalətdən çoxlu sayda komandamız fəlakət bölgələrində növbətçilik edir, axtarış-xilasetmə və sağlamlıq xidmətlərini davam etdirir".

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün “tviter” hesabında məlumat yayıb.

Koca bildirib ki, bölgədə hava və quru təcili yardım maşınları da xidmətə cəlb olunub.

Türkiyəli nazir qeyd edib ki, hazırda zəlzələdən zərər çəkmiş vilayətlərdən biri olan Hataydan koordinasiyanı həyata keçiririk.
 

Daşqın Həsənov
Missiya.Az


  • 6-02-2023, 15:03