AZ   |   RU
“Ötən il martın sonunda Ukraynadakı müharibəni bitirmək imkanı var idi” - Lavrov

“Hamı istəyir ki, Ukraynadakı münaqişə vəziyyətinə son qoyulsun, amma burada önəmli olan vaxt deyil, rus xalqı üçün nəticələrin keyfiyyətidir”. 


Missiya.Az
“TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov bildirib ki, biz hamımız bunun bitməsini istəyirik, lakin burada vacib olan zaman faktoru deyil.

Onun sözlərinə görə, Ukraynada rus mədəniyyətinin bir hissəsi olaraq qalmaq istəyən insanlar Qərbin təşviqi ilə Kiyev xunta rejimi tərəfindən hər şeydən məhrum edildi.

“Biz baş verənləri geosiyasi oyunlar nöqteyi-nəzərindən nə qədər effektiv izah etsək, yəqin ki, dünyada buna son qoyulmalı olduğu anlayışı bir o qədər tez yetişəcək. ABŞ-ın rəhbərlik etdiyi Qərbin inadkar xətti, onların hegemonluğuna hər hansı təhlükənin aradan qaldırıldığını hesab etmədikcə, bütün bunlar heç vaxt bitməyəcək”, - deyə siyasətçi vurğulayıb.

Lavrov qeyd edib ki, indiki mərhələdə biz qərbli həmkarlarımızın söz verdiyi kimi hərəkət edirik - döyüş meydanında qələbə olmalıdır:

“Bu, onların düsturudur. Kiyev rejimini danışıqlar prosesindən geri çəkilməyə məcbur edənlər onlar idi. Ötən il martın sonunda bunu siyasi cəhətdən bitirmək imkanı var idi”, - deyə siyasətçi əlavə edib.
 

Daşqın Həsənov
Missiya.Az


  • 2-02-2023, 13:25