AZ   |   RU
Baydenin evindən bu ölkələrlə bağlı məxvi sənədlər tapılıb

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ prezidenti Co Baydenin Delaver ştatında yerləşən evində axtarış aparıb. 

Missiya.Az
xəbər verir ki, bu barədə “NBC” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Baydenin vəkili Bob Bauer bildirib ki, axtarış Baydenin razılığı ilə aparılır.

Qeyd edək ki, bir müddət öncə Baydenin şəxsi ofisində aparılan axtarış zamanı Ukrayna, İran və Böyük Britaniya ilə bağlı 10 məxfi sənədin tapıldığı məlum olub. 
 
 
Daşqın Həsənov
Missiya.Az


  • 2-02-2023, 11:19