AZ   |   RU
“İsfahan hücumunda Vaşinqtonun əli yoxdur”- İsrail mediası
 
ABŞ rəsmisi Vaşinqton rəhbərliyinin İranın İsfahan şəhərində İran Kosmik Araşdırmalar Mərkəzinə aid obyektin yanındakı sursat fabrikini pilotsuz uçuş aparatları ilə hədəfə almaqda maraqlı olmadığını açıqlayıb.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, amerikalı məmurun açıqlaması İsrail İctimai Yayım Təşkilatının məlumatında yer alıb.
ABŞ rəsmisi: "İsfahan hücumunda Vaşinqtonun əli yox idi",-deyə bildirib.

İsrail rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, İranın dövlət televiziyası ötən gecə İranın İsfahan şəhərində Müdafiə Nazirliyinin sursat istehsalı müəssisəsində güclü partlayış baş verdiyini bildirib.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 30-01-2023, 12:07