
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Şimali Koreyadan gələn nüvə və raket təhdidlərini, o, cümlədən digər təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Cənubi Koreyaya səfər edəcək.
Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilir ki, Pentaqonun rəhbəri yanvarın 30-da Seula səfər edərək, cənubi koreyalı həmkarı Li Çen Sop və digər hökumət rəsmiləri ilə görüşəcək.
Qeyd olunub ki, nazirlər “ABŞ-ın müdafiə qarşısının alınması imkanlarını genişləndirmək üçün birgə səyləri” nəzərdən keçirəcəklər.
“Gündəliyə ABŞ-ın müttəfiqlərinin iştirakı ilə fevral ayında Vaşinqtonda “Şimali Koreyanın nüvə silahından istifadə ssenariləri” üzrə keçirilməsi planlaşdırılan görüşə hazırlıq məsələlərinin də yer alacağı gözlənilir”, - deyə məlumatda vurğulanıb.
Daşqın Həsənov
Missiya.Az