AZ   |   RU
“NATO qonşu ölkələri “rusofob dəhşət hekayələri” ilə zombiləşdirir” - Ryabkov

Rusiyanın Qərb ölkələrindən heç nəyə ehtiyacı yoxdur, lakin NATO qonşu ölkələri “rusofob dəhşət hekayələri” ilə zombiləşdirir”.

Missiya.Az 
“RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Bizə Qərbdən heç nə lazım deyil. Biz tək qalmaq istəyirik. Lakin NATO Rusiya sərhədlərinə qədər sürünərək, qonşu ölkələri rusofob dəhşət hekayələri ilə zombiləşdirdi", - deyə Ryabkov bildirib.

Onun sözlərinə görə, Rusiya Qərbin belə siyasətini cavabsız qoymayacağını dəfələrlə “həm yaxşı, həm də daha sərt formada” açıqlayıb.

“Biz təhlükəsizlik sahəsində qanuni maraqlarımızdan əl çəkməyəcəyik və Rusiya xalqının inciməsinə imkan verməyəcəyik. Amerikalılar bizim xəbərdarlıqlarımızı eşitmədilər və bizi ciddi qəbul etmədilər. Onlar Kiyevi hər cür şəkildə Rusiyaya qarşı təhrik etməyə davam etdilər”, - deyə siyasətçi vurğulayıb.
 

Daşqın Həsənov
Missiya.Az


  • 30-01-2023, 11:10