AZ   |   RU
Belçika Ukraynaya ən böyük hərbi yardım paketini təsdiqləyib

Belçikanın baş naziri Alexander de Croo Ukraynaya ən böyük hərbi yardım paketinin ayrıldığını təsdiqləyib. 

Missiya.Az  “RBC-Ukrayna”ya  istinadən xəbər verir ki, yardımın məbləği 92 milyon avrodur.

Baş nazirin sözlərinə görə, Belçika Ukraynaya 69 milyon avroluq humanitar yardım göndərəcək.

"Ukraynada müharibə başlayan gündən bəri ölkəmiz Kiyevə dəstək üçün çox səy göstərir. Ümumilikdə ölkəmiz Ukraynaya 146 milyon avro hərbi yardım göstərib. Bu gün Nazirlər Şurası Ukraynaya yeni paketin verilməsi barədə qərar qəbul edib" - deyə baş nazir bildirib.

Leyla SƏMƏNDƏR
Missiya.Az


Baxış sayı: 87
  • 27-01-2023, 18:06