AZ   |   RU
İranla Qərb arasında gərginlik pik həddə çatıb


İranda etirazların başlamasından 4 ay keçdikdən sonra İranla Qərb arasında gərginlik pik həddə çatıb. 

Missiya.Az
“Azad İran Teleqram” kanalına istinadən xəbər verir ki, Avropa Birliyinin Nazirlər Şurası insan haqlarının pozulmasına görə 18 şəxsi və 19 qurumu sanksiyalar siyahısına əlavə edib.

Həmçinin, ABŞ Maliyyə Nazirliyi etirazlara  qarşı çıxdığı üçün İranın 10 yüksək vəzifəli şəxsini və SEPAH-ın Kooperasiya Fondunu boykot edib.

Avropa Parlamenti qəbul etdiyi qətnamədə SEPAH-ı qurumun terror təşkilatları siyahısına daxil edib.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 24-01-2023, 16:45