AZ   |   RU
SEPAH-la bağlı qərar Avropaya baha başa gələcək- İrandan gülünc xəbərdarlıq

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Avropa Parlamentində (AP) qəbul edilən və İran İslam İnqilab Keşikçiləri Korpusunun “terrorçular” siyahısına salınmasını tələb edən qanun layihəsinin nəticələrinin Avropaya baha başa gələcəyini bildirib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Abdullahiyan Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 26-cı iclasında çıxış edərkən deyib.

AP-də qəbul edilən və İnqilab Mühafizəçilərinin "terrorçular" siyahısına salınmasını tələb edən qanun layihəsinə reaksiya verən Abdullahiyan, "Şübhəsiz ki, bu cür emosional hərəkətlərin nəticələri Avropaya baha başa gələcək. Ona görə də doğru yol Diplomatiyaya, konstruktiv qarşılıqlı fəaliyyətə və rasionallığa diqqət yetirməkdir”-deyə bildirib.

Leyla SƏMƏNDƏR
Missiya.Az
 


  • 24-01-2023, 15:36