AZ   |   RU
“Putin Ukraynaya yeni hücuma hazırlaşır” – Stoltenberq

“Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə yeni hücuma hazırlaşır”.

Missiya.Az
“UNİAN”a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Biz Rusiyanı qiymətləndirməməliyik. Putin bu ədalətsiz müharibə üçün yüksək qiymət ödəməyə hazır olduğunu sübut etdi. O, 200 mindən çox əsgəri səfərbər edib, İran və Şimali Koreya kimi digər avtoritar rejimlərdən yeni silahlar alıb. Amma ən əsası, biz Putinin hədəflərini dəyişdiyinə dair heç bir əlamət görmürük. O, Ukraynaya nəzarət etmək istəyir və yeni hücum planlaşdırır”, - deyə Srtoltenberq vurğulayıb.

Siyasətçi bildirib ki, davamlı sülhün yeganə yolu Putinə döyüş meydanında qalib gəlməyəcəyini başa salmaqdır.

“Buna görə də biz Kiyevi daha ağır və müasir sistemlərlə təmin etməliyik ki, Ukrayna ərazilərini geri almaq və Avropada müstəqil dövlət kimi qələbə çalmaq üçün Rusiya qüvvələrini sıxışdırıb çıxara bilsin”, - deyə Stoltenberq əlavə edib.

Siyasətçi qeyd edib ki, müasir silahların Ukraynaya ötürülməsi daha sürətli olmalıdır.
 

Daşqın Həsənov
Missiya.Az


  • 24-01-2023, 15:14