AZ   |   RU
“Ukraynalıların danışıqlar masası arxasında nəyə nail ola biləcəyi onların gücündən asılıdır” – Stoltenberq

“Rusiyaya lazımi qiymət verilməməsi Şimal regionunun təhlükəsizliyi üçün mühüm nəticələrə səbəb ola bilər”.

Missiya.Az
“UNİAN”a istinadən xəbər verir ki, bunu İsveçin Salen şəhərində keçirilən təhlükəsizlik konfransında çıxışı zamanı NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Ukraynada müharibənin nə vaxt və necə bitəcəyini demək mümkün deyil. Amma biz bilirik ki, əksər müharibələr danışıqlar masası arxasında bitir. Bu da çox güman ki, bitəcək. Ukraynalıların danışıqlar masası arxasında nəyə nail ola biləcəyi onların gücündən asılıdır. Belə ki, əgər biz Ukraynanın Avropada müstəqil demokratik ölkə kimi sağ qalmağını istəyiriksə, Kiyevi davamlı olaraq dəstəkləməliyik”, - deyə siyasətçi bildirib.

Stoltenberq qeyd edib ki, Avropada təhlükəsizlik vəziyyəti həmişəlik dəyişib. "Moskvadakı rejim fərqli Avropa istəyir. Qonşu ölkələrə nəzarət etmək niyyətindərir. Demokratiya və azadlığı isə təhlükə kimi görür. Bu, Rusiyanı Qərblə daim qarşıdurma mövqeyinə qoyur. Ona görə də bu müharibə bitsə belə, bizim Rusiya ilə problemlərimiz olacaq”, - deyə siyasətçi vurğulayıb.
 

Daşqın Həsənov
Missiya.Az


  • 9-01-2023, 12:01