AZ   |   RU
Gürcüstanla Türkiyə arasında elektrik ötürücü xətti tikiləcək


Gürcüstan hakimiyyəti 2023-cü ildə Gürcüstan və Türkiyənin enerji sistemlərini birləşdirəcək “Tsxaltubo-Axaltsixe-Tortum” elektrik ötürücü xətlərinin tikintisinin birinci mərhələsinin icrasına başlamağı planlaşdırır.

Missiya.Az
Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu elektrik ötürücü xətlərinin tikintisi layihəsinin dəyəri, təxminən, 62 milyon avrodur.

Bu il birinci mərhələdə uzunluğu 103 kilometr olan 500 kV-luq “Tsxaltubo-Axaltsixe” elektrik ötürücü xətlərinin tikilməsi, ikinci mərhələdə isə 34 kilometr uzunluğunda 400 kV-luq “Axaltsixe-Tortum” layihəsinin həyata keçirilməsi planlaşdırılır.

Nəriman Sultanoğlu
Missiya.Az





  • 9-01-2023, 11:58