AZ   |   RU
İranlı generalın Azərbaycan haqqında sərsəm bəyanatı

"İrana qarşı atılan istənilən addıma Tehran qətiyyətlə cavab verəcək".

Missiya.Az
xarici KİV-nə istinadən xəbər verir ki, bunu Qasım Süleymaninin ölümünün ildönümünə həsr olunmuş tədbirdə çıxış edən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əlirza Tanhoy deyib.

“Azərbaycan rəsmiləri Ukraynadakı vəziyyətdən dərs almalı, amerikalıların və avropalıların Ukrayna xalqına nə etdiklərini görməlidir. Onlar bilməlidirlər ki, İran İslam Respublikası regionun qüdrətli ölkəsi kimi heç vaxt sərhədlərinin təhlükə altında olmasına imkan verməyəcək", - deyə Tanhoy vurğulayıb.

Tanhoy qeyd edib ki, İran və onun qonşu regionlarına qarşı yönəlmiş istənilən addıma silahlı qüvvələrimiz qəti cavab verəcək.


Daşqın Həsənov
Missiya.Az


  • 5-01-2023, 20:00