AZ   |   RU
“Rusiya Ermənsitan iqtisadiyyatının aparıcı investorlarından biridir” - Putin

“Rusiya Ermənistanın aparıcı ticarət və iqtisadi tərəfdaşı olmaqda davam edir”. 

Missiya.Az
“Hraparak” qəzetinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Qazaxıstanın paytaxtı Bişkekdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı deyib.

“Ermənistanın mal dövriyyəsinin 30 faizindən çoxu Rusiyanın payına düşür. Rusiya həm də Ermənsitan iqtisadiyyatının aparıcı investorlarından biridir. Ermənistan investisiyaların təxminən 40%-ni Rusiya təşkil edir”, - deyə Putin bildirib.

Putin vurğulayıb ki, bu ilin 10 ayında iki ölkə arasında mal dövriyyəsi 67 faiz təçkil edib ki, bu da ciddi və müsbət göstəricidir.

"Hər zaman müzakirə edilməli olan məsələlər var və mən görüşmək fürsətinə görə şadam", - deyə Rusiya lideri qeyd edib.


Daşqın Həsənov
Missiya.Az


  • 9-12-2022, 17:17