AZ   |   RU
Niderland Ukraynaya enerji infrastrukturu üçün yardım edəcək

Niderland hökuməti Ukraynaya enerji infrastrukturunun təmiri üçün zəruri avadanlığın alınmasında 18 milyon avro yardım edəcək. 

Missiya.Az
xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

Məlumata əsasən yardıma enerji təchizatının bərpası üçün lazım olan transformatorlar, qurğular və kabellər də daxil edilib.

Niderland Ukraynaya qışdan çıxmaq üçün ümumilikdə 180 milyon avro ayırıb. Onun 18 milyonu həyati vacib infrastrukturun bərpası işlərində istifadə ediləcək.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 9-12-2022, 15:20