AZ   |   RU
Fransada sobaların satışı ikiqat artıb – Qış Avropanı böhrana aparır
 
Fransada elektrik enerjisinin kəsilməsi riski səbəbindən vətəndaşların soba və fənərlərə axın etdiyi bildirilib.

Missiya.Az
Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Son 10 gündə borulu sobalar, fənərlər, günəş panelli portativ qızdırıcılar, işıqlandırıcılar və düşərgə borularının satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10 dəfə artıb.

Bundan başqa, vətəndaşların generatorlara tələbatı da artıb.

Fransa prezidenti Emmanuel Makron dünən verdiyi açıqlamada ölkədə elektrik istehsalı ilə bağlı şişirdilmiş qorxu ssenarilərinin hazırlandığını müdafiə edərək, “Biz böyük bir ölkəyik, böyük enerji modelimiz var, müharibəyə baxmayaraq bu qışı (problemsiz) davam etdirəcəyik”- deyə qeyd edib. 
 
Leyla SƏMƏNDƏR
Missiya.Az


Baxış sayı: 132
  • 7-12-2022, 15:50