AZ   |   RU
“ABŞ Cənubi Qafqazda sülhün əldə edilməsi üçün tərəflərlə əməkdaşlıq edir” - Prays

“Ümid edirik ki, Ermənistan-Azərbaycan arasında dialoq və konstruktiv atmosfer sabit sülhə və problemlərin həllinə davam edəcək”.

Missiya.Az
“Hraparak” qəzetinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

Prays bildirib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri son görüşdə danışıqların sürətləndirilməsi və yaxın həftələrdə yeni görüşün təşkili barədə razılığa gəliblər.

Prays xatırladıb ki, ABŞ dövlət katibi Entoni Blinken artıq Ermənistan və Azərbaycan arasında iki üçtərəfli görüş keçirib, həmçinin tərəflərlə telefon əlaqəsini davam etdirir.

“ABŞ Cənubi Qafqaz regionunun dinc gələcəyini təmin etmək üçün tərəflərlə fəal əməkdaşlıq edir", - deyə siyasətçi vurğulayıb.


Daşqın Həsənov
Missiya.Az


Baxış sayı: 195
  • 3-12-2022, 13:56