AZ   |   RU
Almaniya Ukraynaya “Patriot” HHM-ni verəcək?

““Patriot” zenit-raket komplekslərinin Ukraynaya verilməsi hazırda gündəm mövzusudur”.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

“Biz Polşanın Ukraynada Patriot yerləşdirmək ideyasını dəstəkləyirik. Çünki bu, təkcə Ukraynanı deyil, həm də Polşanı və digər Avropa həmçinin NATO ölkələrini qorumaq üçün ən yaxşı vasitədir. Biz Almaniya ilə bu məsələ ətrafında danışıqlara başladıq. ABŞ-la da bu məsələləri qaldırdıq, çünki Vaşinqton Patriot texnologiyasına sahibdir”, - deyə Kuleba vurğulayıb.

Kuleba qeyd edib ki, NATO və ATƏT təşkilatlarında Ukrayna səmasının qorunması mövzusunu qaldırmaq niyyətindədir.


Daşqın Həsənov
Missiya.Az


  • 2-12-2022, 17:09